Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alan zaman Milli Ordumuzun şəhid olan əsgəri Şahin Cavadzadə dünən Beyləqan rayonunda torpağa tapşırılıb.
“Qafqazinfo”nun avtosfer.az-a istinadən məlumatına görə, Şahin Cavadzadə bir müddət əvvəl idarə etdiyi "Niva" markalı avtomobillə ağır yol qəzasına düşübmüş. Lakin qəzadan salamat çıxan Şahin bir müddət sonra cəbhədə gedən döyüşlərdə qəşrəmancasına həlak olub.
Qeyd edək ki, şəhidlə vida mərasimində iştirak edən insanlar "Hər şey Vətən üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar ilə şəhidi son mənzilə yola salıblar. Dəfn mərasimində izdiham yaşanıb.
Allah rəhmət eləsin!


Son xəbərlər
Son Xəbərlər