“Sevindirici haldır ki, film sektoru inkişaf edir. Tamaşaçılar xarici filmləri izləməkdən bezmişdilər, indi sevə-sevə milli filmlərə baxmağa gəlirlər. Demək olar ki, mən də yeni çəkilən filmlərin əksəriyyətinə baxmışam. Rejissorlar əsasən komediya janrına üz tuturlar, tamaşaçıların sevdiyi aktyorları çəkirlər ki, izləyicilərin sayı çox olsun. Yeni filmlər ideal deyil, amma izləmək olar. Mən bu filmlərə rejissor gözü ilə deyil, tamaşaçı kimi baxıram”.
Rejissor filmlərdə yersiz istifadə olunan vulqar sözlərdən və bayağı zarafatlardan da danışıb:
“Vulqar sözlərdən, erotik səhnələrdən yerində, ssenariyə uyğun, zövqlə istifadə olunmasına pis baxmıram. Vulqar sözlərdən qeyri-peşəkar formada, istifadə etmək naminə istifadə edildiyi üçün qıcıq yaradır. Azərbaycanda istedadlı ssenaristlər var. Demək olmaz ki, bizim yaxşı ssenarist və rejissorlar yoxdur. Rejissor ssenarini düzgün formada tamaşaçıya çatdırmalıdır”.
Əlişov özünü çəkəcəyi kinodan da danışıb:
“Film çəkmək haqda düşünürəm. Bu barədə danışıqlar gedir. Kinoya maraq yaranıb, mən də film çəkməyə cəhd edəcəm. Mən astagəl insanam, gərək film çəkməyin zərurətini dərk edim. Zəif film çəkməkdən ehtiyat edirəm. İlk film işimin uğurlu olması vacibdir. Ona görə də gözləyirəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər