Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, B.Dadaşova noyabr ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Yaxınlarının verdiyi məlumata görə, xanım bundan əvvəl də bir neçə dəfə evdən gedib ancaq bir müddətdən sonra geri qayıdıb.
Bu dəfə isə uzun müddət yoxa çıxdığından onlar polisə müraciət ediblər.
Son xəbərlər
Son Xəbərlər