Bu qız Azərbaycanı təmsil edəcək- - Fotolar

bu-qiz-azerbaycani-temsil-edecek-
Oxunma sayı: 4620


“Qafqazinfo”nun məlumatına görə, bu haqda məlumatı “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib: ““Supermodel İnternational-2016”a qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabr ayının 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcək. 

Hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsindədir, təcrübəli stilistlərlə, model treynerlərlə və fotoqraflarla çalışır. Bu yaxınlarda fotoqraf Rövşən Nazirlinin kamerası qarşısına keçdi.

Qeyd edək ki, müsabiqə 2000-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. 

Könül