“Qafqazinfo”nun məlumatına görə, "Eurovision 2014"-ün seçim turu olan "Böyük səhnə"nin qalibi olan sənətçi Azərbaycanı Danimarkada baş tutacaq müsabiqədə təmsil edəcək.
Dilarə Kazımova Bakıda 1984-cü ildə anadan olub. Ü. Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. Eurovision mahnı müsabiqəsinə milli seçimlərin (2008, 2010) iştirakçısı olub. “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.
Qeyd edək ki, final şousu sabah saat 23:00-da İTV-də yayımlanacaq. Finala bir gün qalsa da, müğənnilər qalibin kimliyini açıqlayıb.
Xatırladaq ki, finalda 3 nəfər Dilara, Xana, Erkin mübarizə aparırdı.
Son xəbərlər
Son Xəbərlər