Bədbəxt hadisə nəticəsində bir ayağını itirən Paola Antonini həyat eşqi ilə hamını özünə heyran qoyub.
“Qafqazinfo” adme.ru-ya istinadən xəbər verir ki, braziliyalı gözəli 2 il əvvəl yeni il ərəfəsində maşın vurub və ağır xəsarət alıb. Həkimlərin qərarı ilə bir ayağı kəsilən modelin qarşısında iki seçim qalır: Ya həyatına qaldığı yerdən davam etmək, ya da bütün arzularının üstündən xətt çəkib tamam başqa bir həyat yaşamaq.
Paola birinci variantı seçir və modellik həyatına heç nə olmamış kimi davam edir. Həyat eşqi və müsbət aurası ilə hamını özünə heyran qoyan gənc qız tez bir zamanda məşhurlaşır. Hər şeyin bitdiyini düşündüyü bir anda həyatı yenidən başlayır.
Paolanın əsas məqsədi insanlara hər halda xoşbəxt ola biləcəklərini göstərməkdir. Model fiziki əngəlli insanların çox vaxt cəmiyyətdən kənar qaldığı üçün narahat olduğunu deyib. O, hər kəsə sübut etmək istəyir ki, insan istənilən halda həyata qalib gələ, hər cür ağır yükün altından qalxa bilər.
Paola Antonini hazırda modellik fəaliyyətinə davam edir. Bir çox məşhur firmalar sırf braziliyalı gözəllə işləmək istəyir və onunla kontrakt imzalayırlar. Görnüşünə diqqət edən gözəl mütəmadi olaraq fitnesslə məşğul olur, at minir və çox səyahət edir. Həyat hekayəsi və gözəl gülüşü ilə teleşouların sevimlisidir. İnstaqram fenomeni olan Paolonun hazırda 600 minə yaxın izləyicisi var.
Günel Hacı








Son xəbərlər
Son Xəbərlər