Bu qurumda iki sektor müdiri işdən çıxarıldı

bu-qurumda-iki-sektor-mudiri-isden-cixarildi
Oxunma sayı: 5789

Dövlət Turizm Agentliyinin iki vəzifəli əməkdaşı işdən çıxarılıb.

“Qafqazinfo” agentliyə istinadən xəbər verir ki, qurumun Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev və xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev işdən ayrılıblar.

Onların işdən çıxarılma səbəbi açıqlanmayıb. Bu vəzifələrə hələlik təyinat yoxdur.