Bu rayonda 2 hektar ərazi yandı - Video

bu-rayonda-2-hektar-erazi-yandi
Oxunma sayı: 2676

Bu gün Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112" qaynar telefon xəttinə Əliyar Əliyev küçəsinin Binəqədi rayonu ərazisinə düşən hissəsində boş ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları və quru ot 2 ha sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı, ağaclar və ətraf ərazilər yanğından mühafizə olunub.