Bu rayonda elektrik enerjisi tam bərpa olundu

bu-rayonda-elektrik-enerjisi-tam-berpa-olundu
Oxunma sayı: 2836

Bu gün səhər saatlarından məsul qurumlar elektrik enerjisinin verilişində yaranan problemlə bağlı ardıcıl açıqlamalar yayıblar.

Nərimanov Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hazırda rayon ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunub:

"Həyati vacib əhəmiyyətli obyektlərin və əhalinin enerji ilə təminatı 100 faiz bərpa edilib". 

Qeyd edək ki, "Azərenerji" Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisinin verilməsi ilə bağlı açıqlama yayıb.