Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu - Video

bu-rayonda-narkotikle-bagli-6-nefer-tutuldu
Oxunma sayı: 2630

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son həftədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, onlarda ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Xəbəri rus dilindıə oxuyun: Паника на борту самолета, вернувшегося в Баку после шторма - Видео

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.