Bu rayonda nişan edənlərin işi məhkəməyə göndərildi

bu-rayonda-nisan-edenlerin-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 2188

Balakən RPŞ-yə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin biryerə toplaşdığını və ev sahibi  Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər. N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib . 

Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində  riayət edilməsi məqsədilə keçirilən reyd zamanı isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb. Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.