Bu rayonlara da gecə reysləri açıldı

Bu rayonlara da gecə reysləri açıldı
Oxunma sayı: 1694

18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək:

• Bakı - Mingəçevir - 23:30

• Mingəçevir - Bakı - 01:00

• Bakı - Şəki - 23:30

• Şəki - Bakı - 23:30

Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi