İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.
Son xəbərlər
Son Xəbərlər