Bu rayonlara qaz fasilələrlə veriləcək

bu-rayonlara-qaz-fasilelerle-verilecek
Oxunma sayı: 911


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Yevlax  rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Sabunçu rayonlarının bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə, həmçinin həyətyanı sahələrdən küçələrə çıxarılmış qaz xətlərinin mövcud mənbəyə qoşulması ilə əlaqədar saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması və "Qaraçuxur" magistral qaz xətti üzərində yeni qaz  ölçü qovşağının quraşdırılması ilə əlaqədar saat 17:00-dək Hacıqabul və Suraxanı rayonlarının bir hissəsinə, qaz nəqli sistemində təmir işləri, siyirtmələrin dəyişdirilməsi və "Şəmkir SES (Kür qəsəbəsi)" ölçü qovşağında baypas xəttinin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qazax və Şəmkir rayonlarının bir hissəsinə, "Zərdab" qaz ölçü qovşağından qidalanan qaz xətlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi ilə əlaqədar saat 20:00-dək Zərdab rayonunun bir hissəsinə, Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar isə işlər başa çatanadək Nizami rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.