Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
"Azərsu" ASC-dən "Qafqazinfo"ya verilən məlumata görə, bununla əlaqədar bu gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
Son xəbərlər
Son Xəbərlər