“Qafqazinfo”nun Azərbaycan Respublikası Dövlət Neft Şirkətiə istinadən məlumatına görə, mayın 20-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonunun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonunun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bərdə şəhərinin və Şabran rayonunun bəzi hissələrinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Son xəbərlər
Son Xəbərlər