Bu rayonlarda qaz olmayacaq

bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 4173

 “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi  və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar mayın 26-sı saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya bildirilib.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.