Bu rayonlarda qaz olmayacaq

bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 4060

 İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80,0-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra bərpası planlaşdırılır.