Bu rayonlarda qaz olmayacaq

bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 1602


 Azəriqaz-dan "Qafqazinfo"ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar 28 yanvar 2014-cü il tarixində saat 09:00-dan 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 09:00-dan 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə, saat 10:00-dan Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Quba rayonuna, saat 10:00-dan 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.