Bu rayonlarda qaz olmayacaq

bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 851


“Azəriqaz” İB-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.