Bu rayonlarda su olmayacaq

bu-rayonlarda-su-olmayacaq
Oxunma sayı: 1896


“Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində  Səbail, Nəsimi və  Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində  məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.