Bu rayonlarda su olmayacaq

bu-rayonlarda-su-olmayacaq
Oxunma sayı: 2042

 “Azərsu” ASC abonentlərə xəbərdarlıq edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.