Bu rayonlardan Türkiyəyə humanitar yardım - Fotolar

bu-rayonlardan-turkiyeye-humanitar-yardim
Oxunma sayı: 2233

Şamaxı, İsmayıllı, Ağsu, Qobustan icra hakimiyyətinin təşəbbüsü ilə 2 TIR humanitar yardım Türkiyəyə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı yardım məqsədilə qardaş ölkəyə quru qida, generator, isidici və döşəklər göndərildiyini bildirib.

“Göndərilən hər şey operativ qaydada çalışan əlaqələndirici qurumların müəyyən etdiyi ehtiyaclara uyğundur”, - deyə müavin vurğulayıb.