Heydər Əliyev Mərkəzində Azərbaycan Respublilası Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirilib. “Qafqazinfo” dövlət televiziyasının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev də sərgidə iştirak edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə çıxış edib. 2-ci dövlət proqramının artıq başa çatdığını deyən dövlət başçısı bildirib ki, 2004-cü ildə 1-ci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynayıb. 2009-2013-cü illəri əhatə edən 2-ci proqramın da regionların inkişafında, ümumiyyətlə ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub:
“Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. Iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərənin istifadəyə verilməsi nəticəsində ölkəyə xeyli gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktura layihələrinə uğurla istiqamətləndirilib”.
Azərbaycanın iqtisadi potensialından danışan Prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirib.
Qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib, daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur . Sahibkarlığa geniş meydan verilməsinin daim diqqət mərkəzində saxlandığını vurğulayan Prezident İlham Əliyev ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindıən güzəştli kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb . Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyən dölvət başçısı sahibkarlığa dəstəyin davamlı olacağını deyib. Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin 90%-ə yaxın ərazisində qazlaşma aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir.
Sosial infrastruktur layihələrindən danışan Prezidetn İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləyib və növbəti 5 il ərzində bu prosesin sürətlənəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisə inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib.
Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək 3-cü dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.
Sonra İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Nəqliyyat naziri Ziya Məmmədov çıxış ediblər, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev, Asərsu ASC-nin sədri Qorxmaz Hüseynov çıxış ediblər. Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdirilələcəyini ,Makro-iqtisadi vəziyyətin sabit qalacağını qeyd edən dövlət başçısı bildirib ki, bunun üçün heç bir maliyyə probleminin olmadığını, əsas xərclərin sosial və infrastruktur layihələrinə yönəldiləcək. Dövlət başçısı aparılan islahatların qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söyləyib və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.