Bu restoranlar cərimələndi - Fotolar

bu-restoranlar-cerimelendi
Oxunma sayı: 2677

Bakı şəhərində fəaliyyət göstərən “Niel”, “Mega Palace", “Qızlar", “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı”, “Mirvari”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Xəzinə Palace” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Həmçinin oxuyun: Самая многодетная семья в Азербайджане с 17 детьми ... - Видео