“Bu saat gözəldir, ancaq mən onu taxa bilmərəm...” - - İlham Əliyev

bu-saat-gozeldir-ancaq-men-onu-taxa-bilmerem-
Oxunma sayı: 11225


Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatını qoluna taxa bilməyəcəyini deyib:

“Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.