Bu şagirdlər dərsə gəlməyə bilər - Nazirlik

bu-sagirdler-derse-gelmeye-biler
Oxunma sayı: 13668

Elm və Təhsil Nazirliyi son günlər uşaqlar arasında yayılan virusla bağlı valideynlərə müraciət edib. 

Bu barədə nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib. 

Qeyd edilib ki, əgər uşaqlarda hər hansı xəstəlik əlaməti varsa, evdə müalicə olunsunlar: “Son günlər kəskin respirator virus infeksiyalarının sürətlə yayıldığını nəzərə alaraq uşaqların sağlamlığına diqqət etmək çox vacibdir. Əgər övladınızda hər hansı bir xəstəlik əlaməti müşahidə edilərsə, həkimə müraciət edilməsi, evdə qalaraq müalicə olunması tövsiyə olunur”.

Həmçinin oxuyun: В Гяндже прошли поминки по шехиду Орхану Аскерову