Bu şagirdlər qəbul imtahanına buraxılmayacaq

bu-sagirdler-qebul-imtahanina-buraxilmayacaq
Oxunma sayı: 2649

“Ətrafında koronavirusa yoluxmuş adam olan şagird qəbul imtahanına buraxılmayacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ailə üzvlərindən biri koronavirusa yoluxmuş şagirdlərin imtahana buraxılıb-buraxılmaması haqda danışarkən deyib.

M.Abbaszadə bildirib ki, imtahana gələn şəxslər bəyənnamə verməlidirlər ki, onların ailə üzvləri arasında son 15 gündə koronavirusa yoluxmuş şəxs yoxdur: “Ailə üzvləri arasında koronavirusa yoluxmuş şəxslər üçün sentyabr ayında təkrar buraxılış imtahanı keçiriləcək. Lakin həmin şəxslər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilməyəcəklər. Onlar ali məktəbə qəbul olmaq istəyirlər, amma ətrafdakı insanların sağlamlığı da nəzərə alınmalıdır. Biz onların istəklərini yox, insanların sağlamlığını qorumalıyıq. Təkcə, onların istəyini nəzərə almamalıyıq. Onlar bu il ali məktəbə qəbul ola bilməyəcəklər. Sadəcə buraxılış imtahanında iştirak edib attestat alacaqlar”.