Bu sahələr UNESCO-nun mədəni irs siyahısına daxil edildi

bu-saheler-unesco-nun-medeni-irs-siyahisina-daxil-edildi
Oxunma sayı: 2297

“Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qərar qəbul edilib.

Həmçinin, “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” də siyahıya salınıb.

Qeyd edək ki, Azərbaycanın Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.