Bu sayda ukraynalı Rusiya əsirliyindən azad edildi

bu-sayda-ukraynali-rusiya-esirliyinden-azad-edildi
Oxunma sayı: 1916

Ukrayna daha 12 vətəndaşını Rusiya əsirliyindən geri qaytarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərlə rəftar üzrə koordinasiya qərargahı məlumat verib.

Bildirilib ki, həmin şəxslərdən 10-u hərbçi, 2 nəfər isə mülki təyinatlıdır.

Qeyd edək ki, həmin hərbçilər Donetskin Baxmut, Opıtnı və Orihovo-Vasilivka kəndləri yaxınlığında gedən döyüşlərdə əsir götürülüblər.