“Bu səbəbdən qadınlarda ginekoloji xəstəliklərin sayı çox yüksəkdir”

bu-sebebden-qadinlarda-ginekoloji-xesteliklerin-sayi-cox-yuksekdir
Oxunma sayı: 6361

“Qız uşaqlarının erkən ginekoloji müayinəsi, gələcəkdə sağlam analığın təminatıdır”.

“Qafqazinfo” xəbər verir ki, 9-12 May tarixlərində İstanbulda ilk dəfə olaraq keçirilən Avrasiya Mamaginekologiya və Cərrahiyyə konfransında Azərbaycanlı həkim, uşaq ginekoloqu Xəyalə İsmayılovanın səsləndirdiyi bu fikirlər konfrans iştirakçılarının diqqətini günümüzün ən aktual problemlərindən olan uşaq ginekologiyasının mövcud vəziyyətinə yönəldib.

Avrasiya ölkələrinin aparıcı elm adamlarının qatıldığı konfransda müasir tibbin aktual mövzuları ətrafında müzakirələr aparılıb. Beynəlxalq tədbirdə Xəyalə İsmayılovanın uşaq ginekologiyası ilə bağlı çıxışı böyük maraqla qarşılanıb.

“Azərbaycanda uşaq ginekologiyası inkişaf etmədiyindən qadınlarda ginekoloji xəstəliklərin sayı çox yüksəkdir. Ginekoloji xəstəliklərin əksəriyyətinin bünövrəsi məhz uşaq yaşlarından qoyulur. Buna görə də sonsuzluqdan əziyyət çəkən pasiyentlər çoxdur. Təəssüflər olsun ki, hələ də qız uşaqlarında ginekoloji xəstəliklərlə bağlı həkimə müraciət olunmur və nəticə olaraq, bəzi xəstəliklərin müalicəsi medikamentoz üsulla (gecikmiş stadiyada müraciət etdikləri üçün) müalicə oluna (cərrahi üsul seçilir) bilmir. Mentalitetə görə qız uşaqlarını ginekoloqa aparmağı hələ də qəbul etməyən valideynlər var”, - X.İsmayılova bildirib.

Çıxışının sonunda Xəyalə İsmayılova vurğulayıb ki, qız uşaqlarında heç bir klinik əlamət olmasa belə, 15-16 yaşlarda mütləq profilaktik olaraq uşaq ginekoloqu müayinəsi aparılmalıdır.

Reproduktiv cəhətdən qızlarda problem yaşanmaması üçün bu müayinələrin rolu əvəzsizdir.

Qeyd olunub ki, uşaq ginekologiyası gələcək nəsillərin reproduktiv sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir və inkişaf etdirilməlidir.

Həkim ilə əlaqə nömrəsi: 055 766 33 30

İnstaqram: ginekoloq_ismayilova_xayala