Bu şəhər 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçildi

bu-seher-2023-cu-ilde-islam-olkelerinin-turizm-paytaxti-secildi
Oxunma sayı: 3916

Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, - deyə Ersoy qeyd edib.

Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib.