Bu səhər də intihar xəbəri ilə açıldı…

bu-seher-de-intihar-xeberi-ile-acildi
Oxunma sayı: 2420

Neftçalada intihar hadisəsi baş verib.

Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.