Masallıda 60 yaşlı kişi özünü ağacdan asıb.
“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan kəndirlə asaraq intihar edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər