“Qafqazinfo” xəbər verir ki, bu barədə İraqın dövlət kanalı məlumat yayıb. İraqın baş naziri Heydər Əl-İbadi Tikrit şəhərinin İŞİD-çilərdən azad edildiyini elan edib. İraqın bayrağı bələdiyyə binasına asılıb.
Tikrit şəhərinin azad edilməsi Mosulun işğaldan azad olunmasına yol açıb.