“Bu Şəhərdə” 11 ildən sonra bunu etdi

bu-seherde-11-ilden-sonra-bunu-etdi
Oxunma sayı: 4909

“Bu Şəhərdə” komandası “Ci-Mi”dən sonra növbəti filmini təqdim edəcək.  “Qafqazinfo”  xəbər verir ki, 11 ildən sonra ssenarist Müşviq Abbasov “Şabaş” adlı filmi ərsəyə gətirib.  Ekran işinin premyerası dekabrın 5-də baş tutacaq.  

Ənənəyə sadiq qalaraq, kinonun baş rollarını əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa edib. Yeni layihəsi barədə Müşviq Abbasov açıqlama verib:

“İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşaallah, tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq”.

Abbasov “Şabaş”ın məzmunu haqda qısa məlumat da verib: “Kinonun məğzində Rəfael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Günlərin bir günü toylarına getdikləri müğənniylə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz”.