Dünyanın nüfuzlu "Forbes" jurnalı milyarderlərinin sayına görə dünya şəhərlərinin reytinqini tərtib edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cədvəldə Nyu-York birinci, Honkonq ikinci, Moskva isə üçüncü yerdə qərarlaşıb.
Jurnalın məlumatına görə, reytinqdə birinci olan Nyu-York şəhərində 79 milyarderin sərvəti 364,6 milyarddır.
İkinci yerdə qərarlaşan Honkonqda isə 68 milyarder var və onların durumu 261,3 milyard dollar dəyərləndirilir.
Rusiyanın paytaxtında isə 60 milyarder yaşayır. Onların sərvətinin 270,6 milyard dollar olduğu qeyd olunur.
Aysel
Son xəbərlər
Son Xəbərlər