Bu səhnəyə görə “Kösem” cərimələndi - Fotolar+Video

bu-sehneye-gore-kosem-cerimelendi
Oxunma sayı: 6344

Radio-Televiziya Şurası “Muhteşem Yüzyıl-Kösem” serialını cərimələyib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, RTÜK İzləmə və Qiymətləndirmə Dairəsi mütəxəssislərinin hazırladığı hesabatda Şahzadə Mustafanın ölüm səhnəsi ilə bağlı məlumat əks olunub.

Hesabatda qeyd olunur ki, 7 dəqiqə davam edən Şahzadə Mustafanın edam səhnəsi həddindən artıq drammatikləşdirilib.

Böyük qardaşı Sultan Əhməd tərəfindən ölüm fərmanı çıxarılan Şahzadə Mustafanın 4-5 yaşları olduğu vurğulanıb:

“Ölüm fərmanını reallaşdırmaq üçün əllərində qalın iplə zindana gələn cəlladların otağa girməsi, Mustafanın anası Həlimə Sultanın qışqırması ilə qorxu və narahatlıq içərisində ağlayan və nə olduğunu bilməyən Mustafanın görüntüləri dramatik bir şəkildə ekranda göstərilib”.

Mütəxəssislərin qanunun 8/2 maddəsinə uyğun cəza verilməsini istədiyi hesabatda bildirilir:

“Bu görüntülər uşaqların ailəsinə olan etibarı zədələyəcək ünsürlər daşıyır. Uşaq və gənclərin fiziki, zehni və ya əxlaqi inkişafına zərər vurur. Dəfələrlə yayım şirkətinə xəbərdarlıq olundu, amma əməl olunmadı”.

Bu səhnəyə görə Star TV ötən ay əldə etdiyi reklam gəlirinin 1 faizini RTÜK-ə ödəməli olacaq.