Məşhur türkiyəli müğənni Gülşən mükafat mərasiminə əlil arabasında qatılıb.
“Qafqazinfo” xəbər verir ki, o anları instaqram hesabında yayımlayan Gülşən Bülent Ərsoyu yad edərək, “Otriş geyinib Bülent Ersoydan nəyim əksikdi deməzmi?” yazıb.
Müğənninin bu hərəkəti “əlilləri incitmək” kimi qiymətləndirilib.
Gülşənin bu görüntülərindən sonra yutub kanalında yayımlanan “Al sənə xəbər” proqramına telefon zəngi edən “Maneəsiz Həyat Vəqfi”nin sədr müavini Edip Öndər məsələ ilə bağlı hüquqi prosedurlara başlayacaqlarını bildirib.

Son xəbərlər
Son Xəbərlər