“Bu sənəd genefondumuzu xilas edəcək”

bu-sened-genefondumuzu-xilas-edecek
Oxunma sayı: 2464

“Vaxtı ilə Azərbaycan cəmiyyəti nəinki buna hazır deyildi, hətta əks təbliğatla da məşğul idi. Orta və yaşlı nəslin nümayəndələri xatırlayar ki, TV kanallarda, el şənliklərində məhz insesti təbliğ edən mahnılar qoşulurdu, şerlər bəstələnirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

A.Vəliyev vurğulayıb ki, insanlar bir növ yaxın qohum evliliyinə vadar edilirdi, təbliğ olunurdu:

“Mən qətiyyətlə demək istərdim ki, bəzi hallarda imperativ qadağanedici normalar hər zaman da olmasa, müəyyən mənada yerinə düşür. Bu hüquqi sənəddəki sərt addımlar zamanın tələbindən doğur. Bu sənəd Azərbaycanın gələcək genefondunu xilas edəcək sənəddir”.

Zaur Mirzə