“Bu şəraitdə girov kimi almışıq” - Vitse-prezident

bu-seraitde-girov-kimi-almisiq
Oxunma sayı: 1622

"Rəvan"ın vitse-prezidenti İlqar Axundov bir neçə ayın maaşını ala bilməyən futbolçuların məşqə çıxmaqdan imtina etməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, azerisport.az saytına açıqlamasında klubun çətin durumda olduğunu bildirib: "Bəli, bu, düzdür ki, komanda ötən gün məşq etməyib. Hamısı maliyyə çətinliyinə görədir. Klubun büdcəsi azaldılıb. Biz bu şəraitdə girov kimi qalmışıq. Hazırda danışıqlar aparırıq. Fikrimcə, gün ərzində bu məsələ ilə bağlı yeni informasiyalar məlum olacaq".