Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq.
“Qafqazinfo” xəbər verir ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən XVIII – XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə 100-dən çox əsər - ikonalar, heykəltəraşlıq nümunələri, Pasxa yumurtaları təqdim ediləcək.
Ziyarətçilər XVIII–XX əsrin əvvəllərində yeni dövrün ən yaxşı ustaları tərəfindən yaradılan, XV-XVI əsrlərin zəngin təcrübəsini əks etdirən ikona sənətinin parlaq nümunələri vasitəsilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus ikonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur.
Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər