Bu serial 7 il sonra efirə qayıdır

Bu serial 7 il sonra efirə qayıdır
Oxunma sayı: 4284

Vaxtilə Türkiyədə geniş izləyici kütləsi yığan “1 Kadın 1 Erkek” serialı ekranlara geri qayıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə serialın baş qəhrəmanlarından olan Demet Evgar tviter hesabında paylaşım edib.

O, serialın yeni bölümünün tezliklə yayımlayacağını bildirsə də, konkret vaxt açıqlamayıb.

Qeyd edək ki, 2008-ci ildə yayımlanan serial iki dəfə final edib. Aktyor Emre Karayelin də baş rol aldığı serialın indiyədək 416 bölümü yayımlanıb. Serialın son bölümü 2015-ci ildə efirə gedib.