Aktyor Engin Akyürək “Kara Para Aşk” serialı ilə namizəd olduğu “Beynəlxalq Seul Dram Mükafatları” mərasimi baş tutub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Koreyada təşkil edilən mərasimdə aktyor “Ən yaxşı aktyor” nominasiyasına layiq görülüb.
Akyürək “Bütün dünya üçün sülh diləyirəm” deyə bitirdiyi çıxışında terror hadisələrindən kədərləndiyini bildirib:
"Eyni dili danışmasaq, paylaşmasaq da duyğuları paylaşmaq çox gözəl hisdir. Buradan bütün dostlarıma və çox qiymətli ailəmə sonsuz təşəkkür edirəm. Bu mükafatı aldığım üçün çox xoşbəxtəm, amma son zamanlarda ölkəmdə olan terror hadisələrinə görə kədər içindəyəm. Terrorun olduğu yerdə deyilə biləcək tək şey sülhdür. Yalnız öz ölkəmə deyil, bütün dünyaya sülh diləyirəm".
Qeyd edək ki, məşhur aktyor Adrien Brodi də “Ən yaxşı aktyor” nominasiyasına namizəd olub.
Könül








Son xəbərlər
Son Xəbərlər