“Bu şəxslər məhkəməyə təsir etmək istəyirlər” - Sabiq hakim

bu-sexsler-mehkemeye-tesir-etmek-isteyirler
Oxunma sayı: 1973

“Media azadlığı da hər bir hüquq və azadlıq kimi təyinatına uyğun həyata keçirilməlidir. Lakin, təəssüf ki, mediada, xüsusilə sosial şəbəkədə buna heç də həmişə əməl olunmur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sabiq hakimi Bağır Əsədov deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə görə, hər kəsin fikir və söz azadlığı var:

“Konstitusiyanın 50-ci maddəsinə görə isə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu baxımdan məhkəmə işləri barədə məlumatların əldə edilməsi və yayılması istisna edilmir. Təəssüflər olsun ki, məhkəmə işləri, işə baxan hakimlər barədə həqiqətə uyğun olmayan məlumatların yayılması hallarına hələ də təsadüf edilir.

Xəbəri rus dilində oxuyun: Погибший в ДТП в Гейгеле парень оказался сыном чиновника - ФОТО

Belə məlumatları yayan şəxslər bununla ya işə baxılanadək məhkəməyə təsir etmək istəyir, ya da işə baxıldıqdan sonra narazı qalan qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək əvəzinə, qarayaxma kampaniyası aparırlar. Bunun başlıca səbəbi belə məlumatları yayan şəxslərin hüquq mədəniyyətlərinin aşağı səviyyədə olmasıdır”.