Bu şəxslər uşaqlarla təmaslı işlərə qəbul edilməyəcək - Vacib yenilik

bu-sexsler-usaqlarla-temasli-islere-qebul-edilmeyecek
Oxunma sayı: 4170

Əmək Məcəlləsinə yeni maddə əlavə edilib.

“Qafqazinfo” xəbər verir ki, yeni maddəyə əsasən Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmaslı işlərə qəbul edilməyəcək.

Bununla bağlı Əmək Məcəlləsinə yeni 17-1-ci maddə (Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər) əlavə olunması barədə qanun təsdiqlənib.