Bu şəxslərdən koronavirus testi götürülməyəcək

bu-sexslerden-koronavirus-testi-goturulmeyecek
Oxunma sayı: 11053

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən bildirilib.

Səbəb kimi qeyd olunub ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir:

"Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".