Bu şəxslərin əməlindən zərər çəkənlər polisə müraciət etsin - Video

bu-sexslerin-emelinden-zerer-cekenler-polise-muraciet-etsin
Oxunma sayı: 2602

Bakıda strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqillər oğurlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb. Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər.