“Bu xəstəliklər adlarındakı oxşarlığa görə, bəzən insanlarda yanlış təəssürat yaradır. İnsanlar bunu eyni xəstəlik kimi qiymətləndirirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in infeksion nəzarətinin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Nəzrin Mustafayeva qeyd edib ki, meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir və o xəstəliyi keçirən şəxslərdə və yaxud da o xəstəliyə qarşı vaksin olunmuş şəxslərdə yoluxma ehtimalı azdır.
“Yoluxduqları təqdirdə xəstəliyi daha yüngül keçirirlər. Araşdırmalar bunu göstərib. Lakin suçiçəyi xəstəliyi tamam fərqli bir virus ailəsinə aid olduğuna görə, bu xəstəliklərin yalnız klinik əlamətlər və ad oxşarlığı var” ,- deyə o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər