Bu şəxslərin vəzifə maaşlarındakı əlavələrdə - Məhdudiyyətlər aradan qaldırıldı

bu-sexslerin-vezife-maaslarindaki-elavelerde
Oxunma sayı: 5311

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, NK-nin qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilib.

Qərara əsasən, Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr “Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)” şərtinə görə deyil “Tədris edilən dərs saatına görə (faizlə) şərtinə görə veriləcək. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.